Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

AYNA-dan taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara REAKSİYA

Tarix: 10-04-2026 22:03     Baxış: 3116 A- / A+
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər mediada taksi sahəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, Nazirlər Kabinetinin 7 aprel tarixli, 210 nömrəli Sərəncamı taksi fəaliyyətini əhatə etmir.

Qeyd edilib ki, sözügedən sənəd və ondan irəli gələn məsələlər yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir. Sərəncamda nəzərdə tutulan və iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunacaq təkliflər məhz qeyri-müntəzəm daşımalarla bağlı texniki göstəriciləri, eləcə də daxili və xarici tərtibata dair tələbləri müəyyən edəcək.

AYNA sifarişli sərnişindaşıma fəaliyyətinə daxil olan sahələri belə qruplaşdırıb:

- Turist daşımaları;

- Rayonlararası sifarişli daşıma həyata keçirən avtobus və mikroavtobuslar;

- Korporativ servis xidmətləri;

- Özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələri.

AYNA-dan bildirilib ki, bu yanaşma eyni zamanda yükdaşıma fəaliyyətinə də şamil edilir. Beləliklə, yeni qaydalar və tələblər gündəlik taksi fəaliyyəti ilə məşğul olan şəxslərə deyil, yuxarıda qeyd olunan xüsusi sifarişli xidmətlərə tətbiq olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar