Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

İntiqam Səfərəliyev azadlığa buraxıldı - Nazir oğlu etiraz etməmişdi

Tarix: 10-04-2026 19:30     Baxış: 347 A- / A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatını ələ keçirməkdə ittiham olunan tanınmış iş adamı İntiqam Səfərəliyev həbsdən azad edilib.
Manevr.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Səfərəliyevin azad edilməsinə səbəb isə zərərçəkmiş Heydərovun qəfil fikrini dəyişməsi, təqsirləndirilən şəxsin həbsdən çıxmasına etiraz etmədiyi ilə bağlı ərizəsi olub.
Amma Heydərovun göndərdiyi eyni ərizədə ziyanın ödənilmədiyi yazılır. Vəkillər bunu və digər əsasları nəzərə alaraq, müttəhimin ev dustaqlığına buraxılmasını xahiş ediblər. 
Bundan əlavə, Tale Heydərov məhkəmənin qapalı keçirilməsi ilə bağlı müraciət edib. Onun nümayəndəsi vəsatəti işdə kommersiya sirləri olması və mətbuatda yazılar çıxması ilə əlaqələndirib. Amma bu vəsatəti prokuror, təqsirləndirilən və vəkilləri məhkəmənin mülahizəsinə buraxıblar. Onlar məhkəmənin qapalı keçirilməsi ilə bağlı tələb irəli sürməyiblər.
Kamil Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yalnız ev dustaqlığı ilə bağlı vəsatəti təmin edib. İ.Səfərəliyev məhkəmə zalında həbsdən azad edilib.
Proses açıq  keçiriləcək.
Qeyd edək ki, bu iş üzrə "Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl  Heydərovlara aid olduğu deyilən "AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar