Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Tarix: 09-04-2026 22:03     Baxış: 356 A- / A+
Elmira cadugərliklə məşğul idi - Bakıxanovda öldürülən şəxsin anası danışdıBakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi - Samir Əliyevin anası ifadə verib.
Hüquqi varis Elmira İbrahimovanın məhkəmədə verdiyi ifadələri yalan və iftira kimi qiymətləndirərək onun cadugərliklə məşğul olduğunu iddia edib.

"Mənim oğlum siqaret çəkməyən insan idi. Elmira isə siqaret və qəlyan çəkirdi. Dəfələrlə ona irad tutmuşdum ki, bu əməllərindən əl çəksin. Etiraf edirəm ki, Elmiranı vurmuşam, amma bu, yalnız cadugərliklə bağlı olub. Oğlum da, mən də Elmiranı bir neçə dəfə bu işin üstündə tutmuşuq. Türkiyədən qayıdıb oğlumun evinə gələndə evdəki əşyaların dəyişdirildiyini gördüm. Elmira özü də çaşqın, sanki havalı kimi gəzirdi. Şübhələrimi polisə də bildirmişdim. Polisdə isə mənə irad tutdular ki, bunu əvvəldən deməli idim. Samirin ölümündən oktyabrın 21-də xəbər tutdum. Mən ağır əməliyyata hazırlaşırdım. Dedim, ay Allah, əgər Samirdən pis xəbər eşidəcəyəmsə, elə əməliyyat masasında ölüb qalım", - deyə o bildirib.

Növbəti məhkəmə prosesi aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət olunub.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadıqları evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və ittiham irəli sürülüb. baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar