Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Zərf və ədat - İmarət Cəlilqızı yazır

Tarix: 08-04-2026 12:39     Baxış: 3113 A- / A+
 Nitq hissələrimizin adlarını nəzərdən keçirəndə aydın olur ki, on bir nitq hissəsindən yeddisinin adı ərəb mənşəli sözdür: isim, sifət, əvəzlik, feil, zərf, ədat, nida.
 İsim, sifət, əvəzlik, feil və nidanın niyə məhz bu cür adlandığını anlamaq çətin deyil. Bəs necə olub ki, qalan iki nitq hissəsini adlandırmaq üçün "zərf" və "ədat" sözləri seçilib? Bu sual ətrafında düşünüb kiçik bir araşdırma apardım. Məlumdur ki, ərəb mənşəli "zərf" sözü dilimizdə omonimlik xüsusiyyətinə malikdir: 
 
1) zərf - konvert (الظرف);
2) nitq hissəsi (ظرف ).

 
 Araşdırma zamanı aydın oldu ki, ərəb dilində "zərf" sözünün bir mənası da "hal, vəziyyət" (rus dilində "обстоятельство" - rus dili ilə tanışlığı olanlar bilirlər ki, həmin dilin qrammatikasında bu sözlə bağlı "обстоятельство места, времени, причины, цели, образа действия" kimi terminlər var) mənasını ifadə edir. Nitq hissəsinə verilmiş ad da sözün məhz bu - hal, vəziyyət mənasına əsaslanır. 
  "Ədat" sözü ilə bağlı əvvəlcə qeyd etmək lazımdir ki, bu söz dilçiliyimizin əvvəlki dövrlərində termin kimi həmişə eyni mənanı ifadə etməyib. Müasir Azərbaycan dilində isə ədat sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi kimi izah edilir.        Bəs "ədat" sözünün termin kimi deyil, ümumişlək söz kimi ifadə etdiyi leksik məna nədən ibarətdir ki, onu, necə deyərlər, istilah olmaq şərəfinə nail edibdir?
Araşdırma zamanı aydin oldu ki, "ədat" sözünün mənalarından biri də indi köhnəlmiş olan "alət, avadanlıq, ləvazimat" mənası imiş, fikrimcə, "ədat" sözünü ad kimi nitq hissəsinin "pasportuna" yazdıran da elə bu məna olub: ədat, yəni nitqi qüvvətləndirnə "aləti". 
 
Rəis məşğuldur...
 
  Dilimizdə çox işlənən, mənası hamımıza yaxşı məlum olan ərəb mənşəli bir söz var: “məşğul” sözü. Yəqin, məşhur filmimizdən bu sözlə bağlı maraqlı frazanı da hamınız xatırlayırsınız: “Olmaz! Rəis məşğuldur!.. Mən də məşğulam!.. Zülümov dedi, qurtardı!..” Amma, yəqin ki, çoxumuz diqqət etməmişik ki, bu sözün kökü işlək leksikamiza daxil olmayan “şüğl” sözüdür. “Şüğl” “iş” deməkdir. Oxucular arasında orta məktəb dövrü keçmiş əsrin ortalarına təsadüf etmiş şəxslər varsa, zənn edirəm, 
M. Füzulinin “Leyli və Məcnun” əsərində “Leylinin anasına cavabı” adlı hissədən bu beyti xatırlayar:
 
Mən məktəbə rəyim ilə getmən,
Bir şüğli xilafi-rəyin etmən (yəni heç bir işi sənin razılığın olmadan etmərəm).


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar