
Xəbər lenti
Səməndərdən 40, Mikayıldan 20 il sonra Rasim də köçdü

Aldanma anın (h)alına andan həzər eylə!”
(Nəsimi)
Onlar üçü də bir-birindən 2-3 yaş aralığı ilə Ağsuda dünyaya göz açıblar, böyükləri sözün gerçək anlamında BÖYÜK SƏMƏNDƏR (Rzayev) olub; 1945-ci ilin 2 yanvarında doğulan gələcəyin “İNSAN! Məğrur səslənir!” deyən BÖYÜK AKTYORU!
Mikayıl Mirzə 1947-ci ilin 1 yanvarında, Rasim Balayev 1948-ci ilin 8 avqustunda. İlk teatr məşqlərini, tamaşalarını da, böyüklərimizdən eşitdiyimə görə, Ağsu çayının qırağında yerləşən məktəb heyətində oynayıblar. Doğulmaqları “yanaşı” olsa da, ölümləri arasında düz 20 il-20 il ayrıntı olub. Yenə Səməndər “böyüklük” edib, qabağa düşüb, 1986-cı ilin martın 27-də 41 yaşında yolunu Yasamal qəbristanlığına salıb. 20 il sonra- 2006-cı ilin 3 iyununda 59 yaşlı Mikayıl Mirzə II Fəxri Xiyabanı, ondan 20 il sonra-2026 -cı ilin 29 martında 77 yaşlı Rasim Balayev I Fəxri Xiyabanı özlərindən xəbərsiz “seçiblər”. Özləri bilmirlər ki, harda basdırılıblar! (Lap “Nəsimi”də Nəiminin qızının atasının harda olduğuna cavabıdır: “Özü bilmir ki hardadır”) Ömür yollarının uzunluqları arasındakı yaş ayrıntısı da bir igidin ömrü qədərdir: 18 il! Böyük Səməndər 41, Mikayıl 59, Rasim 77 il ömür sürüb. Ramiz Rövşənin dediyidir, ya bir geniş yolu tut get, ya düş ensiz cəğırına; bütün yollar gedib çıxır ömrümüzün
axırına.
Rasim Balayev ömür yolunun 78-ci duracağına dörd ay qalmış Nəsiminin dili ilə “Dünya duracaq yer deyil, ey can, səfər eylə!” deyib “ikisinə də sığmadığı cahanın” o birinə köçdü. Gedən cismi oldu, ruhu ölməzdir.
Məğrur Bədəlsoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































