Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

​"Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı" - HƏBSDƏ OLAN KATİBƏNİN MƏHKƏMƏSİ

Tarix: 21-07-2017 23:12     Baxış: 4360 A- / A+
​"Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi olmuş Bənövşə Süleymanova həbs edilib. O, dələduzluqda təqdirləndirilir. İttihama görə, o, bur neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb.
Manevr.az xəbər verir ki, dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib.
Şahid Elmar Paşayev ifadəsində bildirib ki, Bənövşə Süleymanova ilə birgə nikah dövründə obyekt alıb.
Əvvəllər də bizneslə məşğul olduğunu deyən E.Paşayev qeyd edib ki, alınan obyekti özü işlədib:
"Mən əvvəllər də bizneslə məşğul olmuşam. Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxumağa başlayan dövrdən də işləmişəm. Mənim Bənövşənin puluna ehtiyacım olmayıb”.
Amma həbsdə olan Bənövşə Süleymanova keçmiş ərinin dediklərinə etiraz edib və əsəbiləşib.
O, şahidn yalan danışdığını, vətəndaşlardan aldığı pulu ona verdiyini deyib.
"Elmar həmin pulların hesabına özünə kafelər alıb, ailəsini dolandırıb, bu yolla varlanıb"- deyə təqsirləndirilən qadın deyib.
Məhkəmədə daha sonra tərəflər arasında ilginc ittihamlar səsləndirilib.
Əvvəlcə Bənövşə Süleymanova ərinin onu əxlaqsızlıq yuvalarına apardığını söyləyib.
"Həmin əxlaqsız yuvalarından birinin adını deyə bilərəm. Bu Əhmədli qəsəbəsində “Maral” oteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişi də arvadını əxlaqsız yuvalarına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin oteldə olmağımızla bağlı səs yazılarımız, oteldə qeydiyyat dəftərində adımız var"- deyə B.Süleymanova çıxışına davam edib.
Elmar Paşayev keçmiş həyat yoldaşının sözünü kəsərək onun yalan danışdığını bildirib.
Qeyd edib ki, keçmiş arvadını heç vaxt otellərə aparmayıb.: "Bənövşəni dəniz kənarına aparmışam. Burada da pis heç nə yoxdur. Dəniz kənarına gəzməyə getmişik"
Bənövşə Süleymanova daha bir ittiham səsləndirib. O deyib ki, keçmiş əri onu dəlixanaya salıb və dəlilik adı ilə onu boşayıb.
"Məni dəlixanaya salandan sonra məhkəmənin qərarı ilə boşandı. Dəli kimi məni qələmə verdi, uşaqlarımı da öz himayəsinə götürdü.
Vətəndaşlardan topladığım pulları Elmara vermişəm. Elmar deyirdi ki, "vəzifəli şəxslərin adından istifadə elə, pul topla". Amma onun adını hallandırmağımı istəmirdi. Sonra məni dəlixanaya saldı. Mən “Maştağa”da olanda vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlar da puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib"- deyə B.Süleymanova bildirib.
Məhkəmədə keçmiş ər və arvad bir-birinin ünvanına daha sərt ittihamlar və ifadələr işlədiblər.
Məhkəmənin növbəti iclası iyulun 27-də davam edəcək.
Qeyd edək ki, ittihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən istifadə edib.
Famil Şükürov, İlham Paşayev və digər vətəndaşların etibarından sui-istifadə edərək onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını ələ keçirib.
Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir./musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar