Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

“e-Sosial” fəaliyyətini dayandırır

Tarix: 03-04-2026 21:47     Baxış: 352 A- / A+
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində Nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.

Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri “mygov” platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.

Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - “mygov” platformasından təqdim edildiyi nəzərə alınmaqla “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır.

Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.

Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.

Manevr.az 

mygov mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar