Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Rüfət İsmayılovun milyardlıq əmlakı müsadirə EDİLDİ

Tarix: 03-04-2026 12:29     Baxış: 3137 A- / A+
Dağıstanda əslən azərbaycanlı olan sabiq daxili işlər nazirinin müavini Rüfət İsmayılov mühakimə olunub.
Manevr.az xəbər verir ki, Moskva məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddialara cavab olaraq Rüfət İsmayılovun 533 milyon rubl dəyərində əmlakını müsadirə edib.
Onun aktivlərinin ümumi dəyəri 2010-2022-ci illər əldə etdiyi rəsmi gəlirindən (19,6 milyon rubl) və həyat yoldaşının gəlirindən (3,3 milyon rubl) dəfələrlə çox olduğu üzə çıxıb. Prokurorluğun məlumatına görə, İsmayılov (əlaqəli qurumlar vasitəsilə) 8 torpaq sahəsinə, Dərbənd və Mahaçqalada 5 əmlaka, Moskvada bir mənzilə və 6 xarici istehsal avtomobilə sahibdir. 2023-cü ildə Rüfət İsmayılov ümumi məbləği 1,3 milyon rubl olan iki rüşvət epizodunda ittiham olunub.
Onun müavini Dalqat Əbdülqapurov, müstəntiq Əbdül Abakarov və iki iş adamı da cinayət işində ittiham olunur. İsmayılov ittihamları rədd edir və işdə kifayət qədər dəlil olmadığını, həbsdə olduğunu bildirir.
Xatırladaq ki, Rüfət İsmayılov 1975-ci ildə Dağıstanın Dərbənd şəhərində azərbaycanlıların ailəsində doğulub.modern.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar