Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Novruz Məmmədov işdən çıxdı

Tarix: 03-04-2026 11:14     Baxış: 452 A- / A+
Novruz Məmmədov ADU-dakı işindən çıxdı
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. 

Manevr.az
xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, sağlamlığında problem olmasa da, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.

Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.

N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.

N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar