Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yadigar Muradovun vəzifəsini kim əvəz edir?

Tarix: 01-04-2026 16:27     Baxış: 347 A- / A+
Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun ötən ilin noyabrında vəfatından sonra hələ də bu teatra direktor təyinatı olmayıb.

Bəs teatra hazırda kim rəhbərlik edir və idarəçilikdə hansı dəyişikliklər olub?

Yadigar Muradovun sağlığında onun müavini olan Əməkdar artist Azad Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, teatrda direktor vəzifəsini müvəqqəti olaraq o, icra edir.

A. Məmmədovun sözlərinə görə, hələ direktor təyinatı edilməyib: "Bunun üçün nazirin qərarı olmalıdır. Hələlik bununla bağlı hansısa qərar verilməyib”.

O bildirib ki, hazırda teatr 2018-ci ildə təhvil verilən binada yerləşir: "Bu il artıq 4 tamaşamız olub. İşlər qaydasında gedir, hər hansısa çətinliyimiz yoxdur”.

Qeyd edək ki, Yadigar Muradov 18 noyabr 2025-ci ildə müalicə aldığı xəstəxanada vəfat edib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar