Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Məzahir Pənahov vəzifədən buna görə göndərilir

Tarix: 01-04-2026 13:32     Baxış: 377 A- / A+
Aprel ayında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin beş illik səlahiyyət müddəti bitir.
Manevr.az xəbər verir ki, yaxın günlərdə Milli Məclisdə MSK-nın formalaşdırılacaq yeni tərkibində hazırkı sədr Məzahir Pənahov yer almayacaq.
Bunun səbəblərindən biri MSK sədrinin mart ayında 75 yaşının tamam olmasıdır. Məzahir Pənahov 2026-cı il 13 martda 75 yaşını qeyd edib. Üstəlik, o, 2000-ci il 19 maydan, 26 ildir bu vəzifədədir.
Digər əsas səbəb isə son illər Məzahir Pənahovun adının ailə qalmaqallarında hallanmasıdır. Bir müddət əvvəl MSK sədrinin ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi.
Dünən isə Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı H.Pənahova ilə arasındakı məhkəmə çəkişməsi başa çatıb. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları qaytarılacaq.
Bundan başqa, mətbuatda Pənahovların milyonluq mülklərinin olması barədə də məlumatlar yayılmışdı. Hətta oğlunun yaşadığı ABŞ-ın Los-Anceles şəhərindəki nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villanın da Məzahir Pənahova aid olduğu bildirilir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.axar.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar