Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

İcbari Tibbi Sığorta Agentliyi nazirliyə verildi - Nə dəyişəcək?

Tarix: 31-03-2026 21:16     Baxış: 460 A- / A+
icbari-tibbi-sigorta-agentliyi-nazirliye-verildi
Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb. 

Bəs dəyişiklikdən sonra icbari tibbi sığorta sahəsində idarəetmə necə təşkil olunacaq? Ləğv edilən agentliyin sədrinin həm də TƏBİB-in Müşahidə Şurasının rəhbəri olduğunu nəzərə alsaq, bu məsələ necə tənzimlənəcək? Hansı səlahiyyətlər TƏBİB-ə veriləcək?

Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.

Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.

Əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər, reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə rəhbərlik isə 5 üzvdən (sədr və onun 4 müavini) ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.  
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) verilib. 

Xatırladaq ki, 2018-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində yaradılan TƏBİB 2023-cü ildən müstəqil dövlət qurumu kimi fəaliyyət göstərir. TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. İndiyə kimi TƏBİB-in Müşahidə Şurasının sədri İTSDA rəhbəri Zaur Əliyev idi. Hazırda onun bu səlahiyyətini kimin icra edəcəyi məlum deyil. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar