Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Şəkillər

Tarix: 29-03-2026 21:35     Baxış: 374 A- / A+
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.

Kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Texniki göstəriciləri ilə diqqət çəkən layihənin hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metrdir.

Yeni kanat yolu saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub. Sərnişinlər bulvarla yüksəklik arasındakı məsafəni cəmi 6 dəqiqəyə qət edəcəklər. Əsas məqamlardan biri odur ki, bəzi kabinələr velosiped və əlil arabaları üçün xüsusi olaraq uyğunlaşdırılacaq. Bu da kanat yolunun həm də inklüziv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsini təmin edəcək.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar