Xəbər lenti
Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib
Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Nizamnamənin 1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən” sözləri “Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri ilə əvəz edilir.
1.5-ci bənd aşağıdakı redaksiyada verilir:
“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.
8.19.3-cü yarımbənd aşağıdakı redaksiyada verilir:
“8.19.3. Akademiyanın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin və digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.”.
Bundan başqa, 14.4-cü bənd aşağıdakı redaksiyada verilir:
“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir.”.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar