Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK

Tarix: 29-03-2026 08:59     Baxış: 374 A- / A+
Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏKHər iki valideynini itirmiş şəxslərlə bağlı pensiya məsələsi tez-tez verilən suallardandır.

Qanunvericiliyə əsasən, belə şəxslərə valideynlərinin hər ikisinin əmək pensiyası eyni vaxtda təyin edilmir.

Valideynlərin sosial sığorta stajı və fərdi hesablarında toplanmış pensiya kapitalı hesablanır və nəticədə yalnız bir pensiya - məbləği daha yüksək olan valideynin pensiyası təyin edilir.

Yəni, şəxs həm atasının, həm də anasının pensiyasını ayrıca-alrı ala bilməz. Hesablama zamanı hər iki valideynin iş stajı, əməkhaqqı və yığılan pensiya kapitalı nəzərə alınır, daha yüksək məbləğ hansıdırsa, həmin pensiya təyin olunur və şəxs o pensiyanı alır.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, hər iki valideynini itirmiş şəxslər adətən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ilə təmin olunurlar. Bu pensiya hüququ uşağın 18 yaşına qədər, əgər əyani təhsil alırsa 23 yaşına qədər, əlilliyi varsa əlillik müddəti ərzində ödənilə bilər.
Pensiya almaq üçün isə vəfat edən valideynlərin rəsmi iş stajının və sosial sığorta ödənişlərinin olması əsas şərtlərdən biridir.

Pensiya təyin olunması üçün müraciət şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi, doğum haqqında şəhadətnamə və təhsil alırsa təhsil haqqında arayışla birlikdə Dövlət Sosial Müdafiə Fonduna edilir.

Pensiya məbləği isə valideynlərin topladığı pensiya kapitalına uyğun olaraq hesablanır. nocomment.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar