Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Heydərovun oğlanları beynəlxalq kino layihəsinə sponsorluq edib – İctimaiyyətdən niyə gizlədilib?

Tarix: 28-03-2026 23:36     Baxış: 452 A- / A+

foto 6Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları, eyni zamanda iş adamları kimi tanınan Taleh və Nicat qardaşlarının beynəlxalq kino layihəsində iştirakı diqqət çəkib.


Bu barədə xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, Tale və Nicat Heydərovlar 2024-cü ildə ekranlara çıxan Dead of Winter (“Qışın ortasında”) triller filmində icraçı prodüser kimi yer alıblar.

“Maraqlıdır ki, onların bu layihədə iştirakı Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunmayıb. Qeyd edim ki, kino sənayesində icraçı prodüserlər əsasən layihənin maliyyə tərəfinə cavabdeh olurlar. Onlar ya birbaşa investisiya qoyur, ya da film üçün maliyyə mənbələrinin cəlb olunmasını təmin edirlər. Tale və Nicat Heydərovların da məhz bu istiqamətdə, yəni filmin maliyyələşdirilməsi və istehsalı prosesində iştirak etdikləri bildirilir. Lakin yatırılan vəsaitin həcmi və konkret mexanizmlər açıqlanmır”, – Cavanşir Həsənli paylaşımında vurğulayıb.

Filmin büdcəsi və beynəlxalq dəstək;

Araşdırmaçı jurnalist bildirib ki, ABŞ istehsalı olan filmin ümumi büdcəsi açıqlanmasa da, layihəyə Avropadan ciddi maliyyə dəstəyi verilib: “Alman Federal Film Fondu (DFFF) tərəfindən 2.6 milyon, “Film- und Medienstiftung NRW” fondu tərəfindən isə 1 milyon avro vəsait ayrılıb. Filmdə dünya  ulduzları yer alıb. Belə ki, ekran əsərində baş rolları məşhur aktrisalar Emma Thompson və Judy Greer canlandırıblar. Bu da layihənin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olub”, – Cavanşir Həsənli qeyd edib.

Məlumat üçün bildirək ki, “Dead of Winter” filmində hadisələr ABŞ-ın Minnesota ştatında baş verən güclü qar fırtınası fonunda inkişaf edir. Hadisələr dul bir qadının təsadüfən yeniyetmənin qaçırılmasına şahid olmasından sonra başlayır və onun bu cinayətlə mübarizəsini əks etdirir. Heydərov qardaşlarının belə bir beynəlxalq kino layihəsində iştirakı Azərbaycanın biznes dairələrinin qlobal kino sənayesinə marağını göstərir. Bununla yanaşı, layihə ilə bağlı bəzi detalların açıqlanmaması şəffaflıq məsələsini də gündəmə gətirir. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar