Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Tarix: 28-03-2026 18:51     Baxış: 4103 A- / A+
Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib.
Manevr.az xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.
Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə tutulmamışdı.trend.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar