Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Tarix: 28-03-2026 14:08     Baxış: 346 A- / A+


Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. 

Xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kimi gücləndirir. 

Heç bir dərmanlama və ya gübrələmə olmadan, təbiətin öz ritmi ilə cücərən bu yaşıl möcüzə tərkibindəki antioksidant və vitaminlərlə dərmanlara meydan oxuyur.

Elmi araşdırmalar sübut edir ki, quzuqulağının tərkibindəki aktiv maddələr immun sistemini zirvəyə daşıyır. Xüsusilə bədəndə toplanan toksinləri təmizləməsi ilə seçilən bu bitki qaraciyər piylənməsindən həzm problemlərinə qədər bir çox xroniki xəstəliyin təbii rəqibi hesab olunur. Qan şəkərini tarazlaşdıran təsiri isə diabet xəstələri üçün real ümid mənbəyinə çevrilir.

Soyuq aylarda yayılan infeksiyalara qarşı qalxan rolunu oynayan quzuqulağı tənəffüs yollarını təmizləyir və ağciyər tutumunu artırır. Bədəndəki ödemi qovaraq oynaq ağrılarını yüngülləşdirdiyi də məlumdur. Bitkinin təkcə qida deyil, həm də hüceyrə yeniləyici təsiri ilə əsl "gənclik qoruyucusu" olduğu bildirilir.

Təbiətdən toplandığı kimi təzə halda salatlara qatıla bilən bu şəfa mənbəyini dəmləyərək çay kimi də içmək olar. 

Xüsusilə səhərlər acqarına içilən bir stəkan quzuqulağı suyunun maddələr mübadiləsini sürətləndirdiyi və gün boyu gümrahlıq verdiyi bildirilir. Lakin bitkini toplayarkən avtomobil tüstüsündən uzaq, təmiz bölgələr seçilməlidir. Böyrək problemi olanlar və xroniki xəstəliyi bulunanlar isə istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. demokrat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar