Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Vahid Mustafayev işçi axtarır: 1200 manat maaş verəcək

Tarix: 26-03-2026 20:27     Baxış: 357 A- / A+
Vahid Mustafayev işçi axtarır: 1200 manat maaş verəcək
“VMF” şirkəti İnsan Resursları üzrə menecer vəzifəsi üçün vakansiya elan edib.

Vakansiya üzrə iş yeri Bakı şəhəri, Nərimanov prospektində yerləşir. İş qrafiki 6 günlükdür. Əmək haqqının 1200 AZN olduğu, namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə biləcəyi qeyd olunur.

Elana əsasən, namizəd şirkətin insan resursları strategiyasının hazırlanması və idarə olunması, işçi qüvvəsinin planlaşdırılması, işə qəbul prosesinin təşkili, təlim və inkişaf proqramlarının hazırlanması, həmçinin performans qiymətləndirilməsi sisteminin tətbiqi kimi mühüm vəzifələri icra etməlidir.

Bundan əlavə, HR proseslərinin avtomatlaşdırılması, kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun aparılması və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi də əsas öhdəliklər sırasındadır.

Namizədlərdən ali təhsil, müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilməsi, Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı tələb olunur. İngilis dili biliyi üstünlük hesab edilir. Eyni zamanda, 1C və MS Excel proqramlarında işləmək bacarığı vacib şərtlərdən biridir.

Maraqlanan namizədlər CV-lərini “HR Menecer” başlığı ilə Hr.office@vmf.az elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün 050-257-80-36 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Son müraciət tarixi 25 aprel 2026-cı ildir.

Qeyd edək ki, “VMF” şirkəti tanınmış jurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkət 2018-ci ildə yaradılıb və Azərbaycanın ilk saat fabriki hesab olunur. modern.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar