Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı

Tarix: 26-03-2026 15:30     Baxış: 4177 A- / A+
Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı
Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.


Manevr.az
bildirir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, - Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Həcc ziyarətinə tələb olunan sənədlər aşağıdakılardır:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar