Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI

Tarix: 26-03-2026 11:03     Baxış: 379 A- / A+



"Varlanmaq xərcləri sıxmaqla yox, gəliri artırmaqla mümkündür. Məhdud qazancı olan insan nə qədər qənaət etsə də, bu onu sadəcə daha ehtiyatlı edir, varlı etmir".
Manevr.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, eyni məntiq həm insan, həm də dövlət səviyyəsində keçərlidir:
"Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz. Əsas məsələ yeni imkanlar yaratmaq, dəyəri artırmaq və bunu davamlı gəlirə çevirməkdir. Gündəlik həyatda da bunu görmək olur. Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir.
Məsələn, hər ay 200-300 manata qənaət edib pul yığan adam 5 il bunu yığarsa, cəmi 30 min toplaya bilər. İnflyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə, 5 ildə daha böyük nəticələr əldə edə bilər. Sadə məntiq budur - dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar