Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Pişiklər niyə həmişə ayaqları üstə düşür?

Tarix: 25-03-2026 19:12     Baxış: 366 A- / A+


Pişiklər  niyə həmişə ayaqları üstə düşür?
Pişiklərin məkan oriyentasiyasını ani şəkildə müəyyən edib dörd ayağı üzərinə düşməsi onilliklərdir bioloqlar və fiziklər üçün sirr olaraq qalırdı.
Manevr.az xəbər verir ki, alimlər yüksək sürətli kameralar və skelet quruluşunun analizi vasitəsilə müəyyən ediblər ki, pişiyin onurğası eyni xüsusiyyətə malik deyil. Onun müxtəlif hissələri fərqli funksiyalar yerinə yetirir:
Sinə (döş) hissəsi - son dərəcə elastikdir. Burada “neytral zona” adlanan xüsusiyyət var ki, bu da onurğanın az güc sərf edərək təxminən 50°-yə qədər burulmasına imkan verir.

Bel hissəsi - daha sərt quruluşa malikdir. Bu hissə stabilizator rolunu oynayır və havada “itələnmə” üçün dayaq yaradır.
Alimlərin nəticəsinə görə, bu hərəkət ardıcıl şəkildə baş verir. Əvvəlcə pişik ildırım sürəti ilə bədəninin ön hissəsini (baş və ön pəncələri) çevirərək istiqaməti müəyyən edir. Daha sonra arxa hissə bu hərəkəti izləyərək tam çevrilmə tamamlanır.
Bu kəşf yalnız maraqlı bir heyvan xüsusiyyətinin izahı ilə məhdudlaşmır. Alimlər hesab edir ki, bu araşdırma heyvanların hərəkət modellərinin daha dəqiq qurulmasına kömək edə, baytarların onurğa zədələrini daha yaxşı müalicə etməsinə şərait yarada və hətta daha çevik robotların hazırlanmasına töhfə verə bilər.lent.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar