Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan XİN: "Rusiya tərəfindən izahat gözləyirik"

Tarix: 23-03-2026 21:46     Baxış: 374 A- / A+

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın son mətbuat brifinqi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir".

Bunu Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikri şərh edərkən deyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir:

"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar