Xəbər lenti
Azərbaycanın ən qocaman generalı: 90 yaşını qeyd edir — 7 nazir və 3 baş prokurorla işləyib
ll dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru) Akif Rəfiyev 90 yaşını qeyd edir.
Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri olan A. Rəfiyev 1936-cı il martın 23-də Gəncə şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib.1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist, 1961-64-cü illərdə Şəmkir rayon prokuronunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayıllı rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləyib.

1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifələrində çalışıb.

O, Daxili İşlər Nazirliyində Cəfər Vəliyev, Aydin Məmmədov, Məhəmməd Əsədov, Ədliyyə Nazirliyində Əlisaab Orucov, İlyas İsmayılov, Südabə Həsənova və Fikrət Məmmədov, prokurorluq sistemində Seyfulla Əkbərov, Qamboy Məmmədov və Abbas Zamanovla işləyib. Ümumilikdə 7 nazir və 3 baş prokurorun zamanı mühüm vəzifələrdə çalışıb. oxu24.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































