Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadənin öz əli ilə əkdiyi ağac - FOTO

Tarix: 23-03-2026 16:17     Baxış: 4129 A- / A+
Rəsulzadənin öz əli ilə əkdiyi ağac (FOTO)
Tədqiqatçı-jurnalist Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı diqqətçəkən paylaşım edib.

Manevr.az
musavat.com-a istinadən xəbər verir ki, araşdırmaçı Rəsulzadənin Ramana kəndi ərazisində öz əli ilə əkdiyi qocaman qarağac ağacının fotosunu ictimaiyyətlə bölüşüb.

Nəcibə Bağırzadə bildirib ki, sözügedən ağacın yaşı 100 ildən çoxdur. Onun sözlərinə görə, bu ağacla bağlı araşdırmasını illər əvvəl "Mənim qarağacım” adlı məqaləsində dərc etdirib.

Araşdırmaçı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Ramana kəndi və burada yaşayan müsavatçılarla sıx əlaqələri olub. Bildirildiyinə görə, qarağac ağacı Rəsulzadə tərəfindən dostu Muradın həyətində əkilib. Murad isə sonradan oğluna dostunun – Məhəmməd Əmin bəyin adını verib. Həmin adaşın məzarı hazırda Ramana qəbiristanlığında yerləşir.

"Ramanaya hər gedəndə mütləq o qarağacı da salamlayıram. Məhəmməd Əmin Rəsulzadənin ideyaları, əsərləri, keçdiyi yol kimi, bütün yadigarları dəyərlidir. Sonsuz sevgi və minnətdarlıqla yad edirəm”, – deyə Nəcibə Bağırzadə paylaşımında vurğulayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar