Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Tarix: 22-03-2026 21:55     Baxış: 349 A- / A+

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətində olub.
 
E.Əzizov rayon icra başçısı, keçmiş vitse-spiker Adil Əliyev, onun müavinləri, şöbə müdirləri və digər məsul şəxslərlə görüş keçirib.
 
Görüş zamanı rayon üzrə görülən abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və mövcud problemlər müzakirə olunub. Eldar Əzizov görülən işlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib və öz tövsiyələrini bildirib.
 
Bakı meri Adil Əliyevlə münasibətlərinin yaxşı olduğunu qeyd edib, onun fəaliyyətini yaxından izlədiyini vurğulayıb.
 
Qeyd edək ki, bu ilin fevral ayında Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid etmişdi. O, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını bildirmişdi. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan olunmuşdu.
 
Şəhər rəhbəri rayon icra başçılarına yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb etmişdi.
 
Adil Əliyevin töhmət alması həmin dövrdə ciddi müzakirələrə səbəb olmuşdu. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar