Sizin Reklam Burada
Xəbər lenti
12-06-2026
11-06-2026
10-06-2026
BÜTÜN XƏBƏRLƏR

Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir

Tarix: 22-03-2026 21:00     Baxış: 478 A- / A+
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir
Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Nasir qızı Ruhullayeva son 3 ayda qazandığı uğurlarla diqqət çəkib.

Məktəbin direktoru Elşən Ağazadə bildirib ki, Ü.Ruhullayeva qısa müddətdə 9 medal qazanaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil edib.

"Ümmügülsüm Beynəlxalq "Mathxcel” Riyaziyyat Olimpiadasında qızıl medal əldə edərək ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

O həmçinin Lütfi Zadə adına iki olimpiadada, eyni zamanda Elm və Təhsil İnstitutunun yarışında qızıl medallara layiq görülüb, sonuncularda isə 100 faiz nəticə göstərib.

Bundan əlavə, Paskal və FISO olimpiadalarında gümüş, Kopernik olimpiadasında isə bürünc medal qazanıb”, - direktor əlavə edib.

E.Ağazadənin sözlərinə görə, istedadlı şagird hazırda kitab çap etdirməyə də hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 3 şagirdi Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak hüququ əldə edib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar