Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

“İllərdir xalqı aldadırdınız?” - Murad Dadaşovun əməliyyatı qalmaqal yaratdı

Tarix: 22-03-2026 08:18     Baxış: 350 A- / A+
 Xəzər TV-nin rəhbəri Murad Dadaşovun xaricdə əməliyyatı sosial mediada müzakirə yaradıb.

Məsələ ictimaiyyətdə müxtəlif reaksiyalar doğurub. Jurnalist Zaur Əliyev Xəzər TV-də müxtəlif həkimlərin və klinikaların geniş şəkildə reklam olunmasını xatırladaraq suallar səsləndirib:

"Media yazır ki, Xəzər TV-nin direktoru Murad Dadaşov Almaniyada əməliyyat olub. Vəziyyəti yaxşıdır. Şükür. Allah heç kimə xəstəlikdən əziyyət verməsin. Lakin Murad bəy illərdir rəhbərlik etdiyiniz TV kanalın efirində uzman doktorlar, nömrə bir həkimlər, analoqu olmayan klinikalar reklam edildi, bizlərə and içirdiniz ki, bu həkimlər və klinikalara güvənli şəkildə müraciət edə bilərsiniz və sairə.. Guya xəstələr razılıq edir, filan. Nə oldu? Özünüz Almaniyaya üz tutudunuz ?

İllərdir də sizin yalanlarınızın qurbanı olan bizlər isə firma dərmanlarının əsirinə çevrilmişik və reklam etdiyiniz həkimlərin də etdiyi əməliyyatlardan və müalicələrdən sağlam yerimiz də xarab olub. Xəstəlik qalıb qıraqda stress və depressiya bizi əldən salıb sizin reklam etdiyiniz həkimlər və klinikaların "müalicəsindən" sonra".

İndi əməliyyat stolunda ağrı çəkəndə az da olsa vicdanınızla söhbət edə bildiniz ?

Xaricdə yaşayan dostlar deyir ki, həkim şəkərə görə cəmi bir dərman yazıb. Normal da həyatı davam edir. Mənim reklam edilən klinikalardan aldığım müalicə: Səhər 2 dərman, günorta iki dərman, axşam üç dərman... Hamısı da firma dərmanı. Sağalmaq qalsın kənara, verdiyi stressə görə əlavə bir dərman səhər, bir dərman axşam. Budur sizin reklam etdiyiniz həkimlər ?"

O, televiziya kanallarının reklam siyasətibi də tənqid edib:

"İndi bir ağıllı çıxıb yazacaq ki, TV-lər reklamdan pul qazanırlar. Nə etsinlər? Demək dolayısı ilə etiraf edirlər ki, bu hakimiyyət efirləri başdı başına buraxıb ki, bir bizi təriflə, bir də nə yolnan olursa olsun pul qazan, xalqı aldat, yalan danış, oyun qur amma qazan. Dövlətin büdcəsindən ayrılan pullar belə çıxır ki, ünvana çatmır". musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar