Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB tarixə qovuşur: İslahatlar davam edəcək

Tarix: 21-03-2026 21:00     Baxış: 3108 A- / A+


TƏBİB tarixə qovuşur: İslahatlar davam edəcək 
Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.

Fərmana uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi əsas funksiyaları özündə cəmləyəcək.

Eyni zamanda, dərman təminatı səlahiyyətləri TƏBİB-ə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə ötürülür. Yeni agentliyin idarə olunması 5 nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək və keçid dövründə mövcud qurumlar fəaliyyətini davam etdirəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə olunub.

Hökumət mənbələrindən verilən məlumata görə, səhiyyə sahəsində islahatlar bununla yekunlaşmayacaq.

Belə ki, növbəti mərhələdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə müzakirələrin getdiyi bildirilir. modern.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar