Xəbər lenti
Bakıda 24 metro stansiyası tikiləcək

Bakıda 24 metro stansiyasının tikintisi üçün torpaq sahəsinin ayrılması ictimaiyyətdə maraq doğurub.
Bəs sözügedən 24 stansiya hansı ərazilərdə tikiləcək?
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ayrılmış torpaq sahələri Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemi, həmçinin 2040-cı ilə qədər olan dövrü əhatə edən Bakı şəhərinin Baş Planı və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda inşası nəzərdə tutulmuş 10 stansiyanın ərazilərini əhatə edir:
“Yaşıl” və “Bənövşəyi” xətt üzrə inşa edilən 10 stansiyanın və tunellərin layihələndirilməsi işləri başa çatdırılıb. Stansiyaların yerləşdiyi ərazilər barədə ictimaiyyətə məlumatlar təqdim edilib”.
Metropolitendən bildirilib ki, digər stansiyaların yeri ilə bağlı dəqiq məlumat qarşıdakı dövrdə ictimaiyyətə açıqlanacaq:
“Layihələr üzrə işlər tamamlandığı dövrlərdə digər stansiyalarla bağlı ətraflı məlumatlar təqdim ediləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































