Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu rayonlarda yeni universitetlər yaradıla bilər

Tarix: 19-03-2026 23:34     Baxış: 382 A- / A+
Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Bəs ali təhsil müəssisələrinin yerləşdirilməsi üçün hansı ərazilər daha məqsədəuyğun ola bilər?

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, regionlarda yeni universitetlərin yaradılması və eyni zamanda regionlardakı universitetlərə qəbul sayının artırılması məsələsinə baxılmalıdır. Bu, şəhərdə tıxacın azaldılmasına da, birmənalı olaraq, öz töhfəsini verə bilər:

“Regionlara gəldikdə isə hesab edirəm ki, bu məsələ əhali sıxlığından asılıdır. Məsələn, Gəncə və Mingəçevir bölgələri var. Fikrimcə, şimal bölgəsində, məsələn, Zaqatala və Şəki kimi şəhərlərdə filiallar olsa da, ayrıca universitetlərin yaradılması mümkündür. Şərqi Zəngəzurda ayrıca bir universitetin yaradılması məsələsi də nəzərdən keçirilə bilər. Qarabağ bölgəsində universitet var, lakin Qazax tərəfdə də hansısa bir ali təhsil müəssisəsinin yaradılmasına baxıla bilər. Yəni bu proses kor-koranə getməməlidir. Belə olması əlavə problemlər də yarada bilər. Bu səbəbdən, ölçülüb-biçilərək, ehtiyaclar nəzərə alınaraq belə addımların atılması məqsədəuyğundur”.

C.Məmmədov əlavə edib ki, burada qarşımıza çıxan ən əsas məsələlərdən biri müəllim heyəti ilə bağlıdır:

“Bu, məsələnin ümumi həlli baxımından xüsusi önəm daşıyır. Hesab edirəm ki, bu məqamın da ciddi şəkildə nəzərə alınmasına böyük ehtiyac var”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar