Xəbər lenti
Xoşqədəmin verilişi başqa kanalda yayımlanacaq?
Bilirəm, "Səni axtarıram" sənin balandır, ikinci oğlundur. Həmişə belə demisən. Yeni doğulanda qucağına alıb ATV-yə apardın. Çox qısa müddətdə dünya azərbaycanlılarını mavi ekran qarşısında birləşdirən qüvvə olmağı bacardı. İkiniz də sevildiniz. "Səni axtarıram" ən çox baxılan proqram, Xoşqədəm Hidayətqızı ən çox sevilən teleaparıcı oldu. Amma bu sevgini həzm edə bilməyənlər balanı döydülər, incitdilər, şərlədilər.
Bu sözləri jurnalist, "Səni axtarıram" veeilişində ekspert kimi çıxış edən Zülfiyyə Qurbanova Feysbuk hesabında yazıb.O bildirib ki, Xoşqədəm Hidayətqızı çox güclüdür və "Səni axtarıram"ı xilas edəcək:
"ANS-ə pənah apardın. ANS bağlananda "Səni axtarıram" artıq yeriyirdi, əlindən tutub "Xəzər"ə üz tutdun. Orada daha da sevildi, böyüdü, gücləndi. Tamaşaçıların pənah yeri oldu. Minlərlə insanın həsrətinə son qoydu, xəstələrə şəfa oldu, evsizə ev, kimsəsizə dayaq, köməksizə çarə oldu. Saysız-hesabsız xeyriyyə aksiyaları həyata keçirdin. Qocaların qızı, cavanların bacısı oldun.
Amma qısqanclıqlar burada da davam etdi. Birlikdə ARB-ni seçdiniz. Burada da sevildi. Çünki tamaşaçı kanalı "Səni axtarıram"a görə seçirdi. 80 yaşlı anam kimi.
İndi "Səni axtarıram" 16 yaşlı yeniyetmədir. Çox hücumlardan, çox pisliklərdən qorudun. Amma efir siyasətinin nə olduğunu bilməyən qeyri-peşəkarların kütləyə hesablanmış sosial layihələrinin virusundan qoruya bilmədin. Əziyyətlə bu yaşa gətirdiyin övladın reytinq xəstəliyinə yoluxdu. Övladını itirməmək üçün ağlayaraq, üsyan edərək davam etdin. Səni ancaq analar anlayar.
Reytinqə qarşı antivirus icad etmək əvəzinə ölümünə hökm verdilər…
Bunu da bilirəm ki, sən çox güclüsən və balanı ölüm hökmündən xilas edəcəksən!".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































