Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qurban Yetirmişli: Güclü zəlzələ ehtimalı yoxdur, baş versə, sürüşməni aktivləşdirəcək

Tarix: 18-03-2026 13:51     Baxış: 444 A- / A+
Qurban Yetirmişli: Güclü zəlzələ ehtimalı yoxdur, baş versə, sürüşməni aktivləşdirəcək
"Güclü, maqnitudası 6 və ondan yüksək olan, hissedilən, binalarda çatlar yaradan zəlzələnin baş vermə ehtimalı yoxdur”.

Manevr.az
bildirir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.

"Xəzərdə maqnitudası 4-ə qədər olan zəlzələlər çox vaxt hiss edilmir. Çünki Xəzərdəki zəlzələ ocaqları, digər bölgələrdən fərqli olaraq, çox dərində yerləşir. Yəni 30 km-dən tutmuş 65-70 km dərinlikdə olur. Xəzərdə baş verən zəlzələnin hiss edilməsi üçün həmin yeraltı təkanın maqnitudası, azı, 5-dən yuxarı olmalıdır. Xırda təkanlar çoxdur. Respublika üzrə hər gün belə yeraltı təkanlar olur", - bildirib.

Bakıda torpaq sürüşməsi gözlənilir?

Qurban Yetirmişlinin sözlərinə görə,əgər güclü silkələnmə baş versə, sürüşməyə təsir göstərəcək, sürüşmə aktiv olan Badamdar, Bayıl, Zığ və bəzi bölgələrdə prosesi intensivləşdirəcək: "Düzdür, sürüşməyə daha çox güclü yağıntılar təsir göstərir. Amma hissedilən, çatlar yarada biləcək zəlzələ də sürüşməni aktivləşdirə bilər. Hələ ki, sürüşməyə təsir göstərəcək yeraltı təkan ehtimalı yoxdur”.

İki gün ərzində Xəzərdə üç zəlzələ

Qeyd edək ki, martın 16-sı Xəzər dənizində yerli vaxtla 05:57-də 74 km dərinlikdə, 3.1 maqnitudalı, 13:18-də 3.3 maqnitudalı zəlzələlər, bu gün isə yerli vaxtla 10:10-da 56 km dərinlikdə 3.6 maqnitudalı yeraltı təkan baş verib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar