Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda narkoloji xəstələrin işə qəbul qaydaları sərtləşdirilir

Tarix: 18-03-2026 10:55     Baxış: 450 A- / A+
Narkoloji xəstələrlə bağlı işə qəbul qaydaları sərtləşdirilir
Azərbaycanda narkoloji xəstələrin işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyəti artırılır.
Manevr.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.
Həmin yarımbəndin icrası çərçivəsində hər iki qanunvericiliyə dəyişiklik edilməsi məqsədi ilə qanun layihəsi hazırlanıb.
Layihədə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.
Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar