Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Əhali pulu ən çox nəyə xərcləyir? - AÇIQLANDI

Tarix: 16-03-2026 14:55     Baxış: 453 A- / A+



2026-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Manevr.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
2026-cı ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar