Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu halda maaşdan pul tutulur

Tarix: 14-03-2026 16:07     Baxış: 3288 A- / A+

Bəzi hallarda işçinin əməkhaqqından pul tutula bilər. 

Manevr.az xəbər verir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, işçinin əmək haqqından müəyyən məbləğlərin tutulmasına yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və ya işçinin yazılı razılığı olduqda yol verilir. Digər hallarda isə işəgötürən əmək haqqından özbaşına tutulma edə bilməz.
 
Belə ki, işəgötürənin sərəncamı ilə əmək haqqından tutulan məcburi ödənişlərə vergilər, sosial sığorta haqları və digər icbari ödənişlər, həmçinin icra sənədləri üzrə müəyyən edilmiş məbləğlər daxildir. Bundan başqa, işçi öz təqsiri ilə işəgötürənə zərər vurubsa (orta aylıq maaşdan çox olmamaq şərti ilə), ezamiyyət üçün verilmiş, lakin istifadə olunmayan pul qalıbsa və ya mühasibat səhvi nəticəsində artıq məbləğ ödənilibsə, həmin məbləğ də maaşdan tutula bilər.
 
Əgər işçi məzuniyyətə çıxıb, lakin həmin iş ili bitmədən işdən ayrılıbsa, işlənməmiş məzuniyyət günlərinə görə verilmiş məzuniyyət pulu da geri tutula bilər. İşəgötürən belə tutulmaları yalnız müəyyən müddət ərzində - borcun yaranmasından və ya səhvin aşkar edilməsindən sonra bir ay ərzində edə bilər. Bu müddət keçərsə, həmin məbləğ maaşdan tutula bilməz. Həmçinin işçi istəyərsə, ərizə ilə müraciət edib maaşının bir hissəsinin kredit və ya digər şəxsi borclarının ödənilməsi üçün tutulmasını xahiş edə bilər. Belə ərizə olmadıqda isə kreditorlar maaşdan pul tutulmasını tələb edə bilməz.
 
Qeyd edək ki, işdənçıxma müavinəti və vergi tutulmayan digər ödənişlərdən pul tutulması qadağandır.metbuat.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar