Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

MEDİA məlumat yaydı

Tarix: 13-03-2026 22:29     Baxış: 3158 A- / A+
Sosial şəbəkələrdə Azərbaycanın İranla dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır.

Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb:

“Bildirilib ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni “fakt” kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür:

"Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik.

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti və ya dislokasiyası haqqında məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır.

Regiondakı gərginlik fonunda sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatların verilməsi dezinformasiya riskini artıraraq cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmişdir.

Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, yalnız rəsmi mənbələrə istinad etməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar