Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

İlqar Hacıyevin milyonluq əmlakları müsadirə edildi - SİYAHI

Tarix: 13-03-2026 13:45     Baxış: 449 A- / A+

"Akkord İnşaat Sənaye" ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla manat qiyməti olan əmlakları müsadirə olunub.
Manevr.az dövlət nəfinə keçirilən həmin əmlakların siyahısını təqdim edir:
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;
- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;
- Badamdar qəsəbəsində torpaq sahəsi;
- Yasamal rayonu, Mətbuat prospektində mənzil;
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.
İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776.7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda digər torpaq sahəsidir.
Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona qiyabi hökm oxunub."qafqazinfo"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar