Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Mehdiyevlərin bankından sonra xəstəxanası da bağlandı?

Tarix: 13-03-2026 13:29     Baxış: 358 A- / A+
Mehdiyevlərin bankından sonra xəstəxanası da bağlandı? - Yeni gəlişmə
Bakıda fəaliyyət göstərən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ailəsinə məxsus olduğu bildirilən “German Hospital”ın bəzi şöbələri bağlanıb.
Manevr.az xəbər verir ki, xəstəxanada çalışan həkimlər bu barədə xəstələrə məlumat veriblər.
Xəstəxanada çalışan tibb heyəti isə digər tibb müəssisələrində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Tibb müəssisəsinin bütövlükdə fəaliyyətinin dayandırılıb-dayandırılmamasını dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, bundan əvvəl pravda.az “German hospital”ın martın 1-dən bağlanacağı barədə məlumatlar yaymışdı.
Xatırladaq ki, klinikanın Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevə məxsus olduğu bildirilir. O, uzun illər səhiyyə və tikinti biznesi ilə məşğul olub. Mehdiyevin kürəkəninin adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində də keçir.
Onu da əlavə edək ki, ötən həftə Mehdiyevlərə məxsus Bank BTB bağlanıb, müştəriləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülüb./ölkə.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar