Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya təyyarəsi İrana görə Lənkəranda eniş etdi

Tarix: 12-03-2026 15:30     Baxış: 363 A- / A+
Rusiya təyyarəsi İrana görə Lənkəranda eniş edib
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda eniş edib.
Manevr.az xəbər verir ki, humanitar yardımı daşıyan "İl-76" təyyarəsində 13 tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatları var.
İran Qızıl Aypara Cəmiyyətinin yük maşınları humanitar yardımı qəbul etmək üçün Lənkəran aeroportuna gəliblər.
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınacaq.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.report



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar