Xəbər lenti
Müğənni Almaxanım jurnalistə məhkəmədə uduzdu

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manset.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.
Müğənni jurnalistdən üzr istəyəcək. Bu barədə sualları cavablandıran Ə.Vəliyev deyib ki, proses bu gün baş tutub:
“Səbail rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olundu ki, Almaxanım Əhmədli təkzib verməli, üzr istəməli, haqqımda bütün yazdıqlarını silməlidir”.
Baş redaktor qeyd edib ki, o, Almaxanım və Vüqar Əhmədi ona böhtan atdığı üçün məhkəməyə verib:
“Bir ara Mədəniyyət Nazirliyinə qarşı müğənnilər tərəfindən hücumlar başlamışdı. Mən də görüntüləri çəkərək nazirliyə qarşı bu hücumların əsassız olduğunu söylədim. Bu görüntüdən sonra Almaxanım məni nazirlikdən rüşvət almağımla bağlı ittiham etdi. Həmin ittihamlar əsasında Almaxanımı və Vüqar Əhmədi məhkəməyə verdim. Onların mənə qarşı olan iddiaları isə təmin edilmədi". lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































