Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib? - Meyxanaçıdan AÇIQLAMA

Tarix: 11-03-2026 20:00     Baxış: 380 A- / A+
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məşhur meyxanaçı Rüfət Kərimovu (Nasosnu) qəbul edib.

Meyxanaçının sözlərinə görə, qəbulun səbəbi bir neçə gün əvvəl İTV kanalında yayımlanan "Milyonların Şousu" verilişindəki uğurlu çıxışı olub:

“Sağ olsun Zakir müəllim, verilişdə göstərdiyim uğurlu çıxışa və şəhərin ictimai, mədəni həyatındakı fəallığıma görə məni qəbul etdi, problemlərimlə maraqlandı. Bildirdi ki, hər hansı çətinliyim olarsa, ona müraciət edə bilərəm. Dedi ki, "50 ildir bu şəhərdə yaşayırsan, amma indiyə qədər gəlib bizdən nəsə xahiş etməmisən". Sağ olsun, məni yaxşı qarşıladı. Öz məsləhətlərini verdi. Bayramqabağı tədbirlərin və işlərin fonunda mənə vaxt ayırması mənim üçün şərəfdir. Bu da incəsənətə, sözə, ağla və savada olan diqqətdən irəli gəlir”, – deyə meyxanaçı qeyd edib.

Rüfət Kərimov əlavə edib ki, cəmiyyətdə meyxanaçılar barədə bəzən yanlış təsəvvürlər formalaşır:

“Bizdə əksər insanlar düşünür ki, meyxanaçılar narkoman, tufeyli həyat tərzi sürən insanlardır. Amma əksinə, onların arasında mənim kimi ali təhsilli insanlar da var. Mən tarix fakültəsini bitirmişəm. İTV-də həmin verilişdə iştirak etməklə göstərmək istədim ki, meyxanaçılar haqqında belə düşünmək doğru deyil. Sənətin pisi yoxdur, insanın pisi var. Bəlkə də çoxları xatırlamaz, amma mən orta məktəbdə oxuyanda sinif yoldaşlarım Samir Ağabalayev, Fadil Paşayev və Rəşad Müttəlibovla birlikdə respublika üzrə yarışlarda biliyimizlə səs salmışdıq”, – deyə o bildirib. manşet.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar