Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir tiktoker cəzalandırıldı

Tarix: 10-03-2026 16:54     Baxış: 454 A- / A+
Canlı yayımda söyüş söyən daha bir tiktoker cəzalandırıldı
"TikTok"da canlı yayımda söyüş söyən Sabirabad sakini saxlanılıb.

Manevr.az xəbər verir ki, Sabirabad rayon sakini - 34 yaşlı Əzəmət Bilalov (ad və soyad şərtidir - red.) internet informasiya ehtiyatında cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ə.Bilalov bildirib ki, sosial şəbəkədə canlıya qoşulub və söhbət zamanı keçirdiyi gərginliyə görə nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Ə.Bilalov 500 manat məbləğində cərimələnib.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar