Xəbər lenti
Tənqid edilən icra başçısı mərhum qazinin hüzr məclisinə getdi
Özünə qəsd edən, Ağstafa rayonundan olan Vətən müharibəsi qazisi Kənan Aşırovun dəfn mərasimi keçirilib.Sosial şəbəkələrdə yayılan məlumatlarda yerli rayon icra hakimiyyəti rəhbərliyinin dəfn mərasiminə qatılmaması ciddi tənqid olunub.
Hətta mərhumun anası da övladına olan bu münasibətə görə icra başçısı Seymur Orucovdan narazılığını ifadə edib.
Sosial şəbəkə istifadəçilərinin narazılığından sonra bu gün axşam saatlarında rayon icra hakimiyyətinin başçısı Seymur Orucov Yenigün kəndindəki hüzr mərasiminə gedib.
”Qazimizin valideynlərinə, doğmaları və yaxınlarına dərin hüzünlə baş sağlığı verilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının ruhuna dualar oxunub. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik”,-deyə açıqlamada bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































