Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sevdiyiniz yemək xarakterinizdən xəbər verir

Tarix: 07-03-2026 09:55     Baxış: 462 A- / A+



Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onların xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər.
Manevr.az xəbər verir ki, məlumata görə, qastronomik seçimlər bəzən insanın davranış modelini əks etdirir və hansı dadlara üstünlük verilməsi müəyyən xarakter xüsusiyyətləri ilə əlaqələndirilir.
Araşdırmada qeyd olunur ki, acı və ədviyyəli yeməkləri sevənlər adətən riskə meylli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan insanlar olurlar. Acımtıl dadı sevənlər - məsələn, şəkərsiz qəhvə və ya tünd şokolada üstünlük verənlər - bəzən daha sərt xarakterli kimi qiymətləndirilir.
Duzlu yeməkləri seçənlərin çevik, ambisiyalı və rəqabət ruhlu olduqları bildirilir. Şirniyyat sevənlər isə adətən daha mehriban və yumşaq xasiyyətli sayılır və başqalarına kömək etməyə daha meylli olurlar.
Bundan əlavə, turş dadı sevənlər özlərinə və ətrafdakılara qarşı daha tələbkar və həssas ola bilərlər. Pikant və mürəkkəb dad kombinasiyalarını seçənlər isə çox vaxt zövqlü və seçici insanlar kimi xarakterizə edilir.
Yəni yemək seçimləri insanın xarakterini tam müəyyən etməsə də, bəzi xüsusiyyətlərini əks etdirə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar