Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı vəziyyətdə bu pozuntuya görə birbaşa sürücülük hüququndan məhrumetmə düzgün yanaşma hesab edilmir:

“Bu, o qədər də ağır xəta deyil ki, buna görə sürücünü birbaşa vəsiqədən məhrum edəsən. Lakin sanksiyalar ağırlaşdırılsa, daha effektiv nəticə əldə etmək mümkündür”.
















Azərbaycanda yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri kimi sükan arxasında diqqətin yayınması göstərilir. Xüsusilə, mobil telefondan istifadə son illər qəzaların artmasına təsir edən əsas risk faktorlarından biri hesab olunur. Statistika və real hadisələr göstərir ki, bir neçə saniyəlik diqqətsizlik belə ağır nəticələrə gətirib çıxara bilər. Buna baxmayaraq, hazırda bu pozuntuya görə tətbiq edilən cərimə məbləği cəmiyyətdə birmənalı qarşılanmır və daha sərt sanksiyaların tətbiqi məsələsi gündəmə gəlir. Bəs sükan arxasında mobil telefondan istifadə edənlərin sürücülük vəsiqəsinin müvəqqəti ləğvi Azərbaycanda real və məqsədəuyğun addım sayıla bilərmi?


















