Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ

Tarix: 06-03-2026 21:43     Baxış: 352 A- / A+
Ata övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov, onunla eyni maddə ilə ittiham edilən övladları - Razim Əkbərov və Nazim Əkbərovun (hər üçünün adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən, təqsirləndirilən şəxslər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunublar.

İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Belə ki, Arzuman Əkbərov oğlanları - Razim Əkbərov və Nazim Əkbərovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Mübahisəyə səbəb bacısı oğlu, zərərçəkmiş Mahal Hacıyevlə (adı və soyadı şərtidir) Nazim arasında birgə qızıl zinət əşyasının hazırlanması zamanı qızılın çəkisinin əskik gəlməsi ilə bağlı qarşılıqlı ittihamlar olub. Zərərçəkmiş şəxs qızılın çəkisi ilə bağlı Nazimə şər və böhtan atıb və bu səbəbdən tərəflər arasında münaqişə yaranıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə zamanı təqsirləndirilən şəxslər heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. Sonra Nazim yumruq zərbəsi ilə Mahalın sifət nahiyəsinə vuraraq onu yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxsə burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı, üst çənədə körpü vasitəsilə birləşdirilmiş süni dişlərin qoparaq ayrılması, diş ətinə qansızma, sol yanağın selikli qişasının səthi əzilmiş yarası, eləcə də sol almacıq-yanaq nahiyəsində iriölçülü qançır-şişkinlik kimi xəsarətlər yetirilib. Ekspertiza rəyi ilə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

Bundan əlavə, Mahala başın sol gicgah nahiyəsində qançır-şişkinlik, alın nahiyəsində qançır və sol gözün bayır kənarında sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər də yetirilib. O, yerdə olduğu halda Nazim tərəfindən bədəninə təpik zərbələri endirilib və nəticədə sol bazu nahiyəsində sıyrıqlar əmələ gəlib.

Razim isə hadisə yerindən götürdüyü mişar daşı ilə Mahala məxsus, hadisə yerinə gəldiyi "Nissan Maxima" avtomobilinin arxa şüşəsini və salonunda olan monitorunu sındıraraq yararsız hala salıb. Eyni zamanda, Nazim avtomobilin qabaq alın şüşəsini və qapılarını təpiklə vuraraq zədələyib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2 500 manat məbləğində maddi ziyan vurulub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərin hər biri 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi. pravda.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar