Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qalib Salahzadə 37-ci dəfə Həcc ziyarətinə getməyə hazırlaşır

Tarix: 06-03-2026 18:02     Baxış: 366 A- / A+



Milli Məclisin sabiq deputatı Qalib Salahzadə növbəti dəfə Həcc ziyarətinə getməyi planlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə o, İqtisadiyyat.az-a açıqlamasında deyib.
İndiyədək 36 dəfə Həcc ziyarətində olduğunu xatırladan Q.Salahzadə yenidən Müqəddəs Kəbə evinə getmək üçün hazırlaşdığını bildirib:
"Hər il Həcc ziyarətinə getmişəm. Həmişə Allahdan istəmişəm ki, canımın sağlam olduğu müddətdə Kəbə evini ziyarət etməyi və orada iki rükət namaz qılmağı mənə qismət eləsin. Elə il olub ki, Kəbə ziyarətinə iki dəfə getmişəm. İndiyə qədər isə ümumilikdə 36 dəfə Həcc ziyarətində olmuşam. Bu il hələ ki, getməmişəm, amma Allah qismət edərsə, yenə gedəcəyəm. İki dəfə dostlarım mənə şəraiti yaradıb və Kəbə evinin içərisində olmuşam".
Q.Salahzadə eyni zamanda indiyə qədər 500-dən çox insanı Həcc ziyarətinə göndərdiyini açıqlayıb: "O vaxt avtobuslarla gedəndə bir dəfəyə 100-150 nəfər göndərdiyim adamlar olub. Sonra da 20, 30, 50 nəfərlik saylarla insanları Həcc ziyarətinə göndərmişəm. Onu mən etməmişəm. Sadəcə Allah istəyib ki, onlar Həcc ziyarətinə getsinlər və mən bu işdə sadəcə vasitəçi olmuşam, mənə bu imkanı Allah verib".
Xatırladaq ki, 1953-cü il təvəllüdlü Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır. O, 2010-2015-ci illərdə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisin deputatı olub.
Məlumat üçün bildirək ki, QMİ bu il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyənləşdirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar