Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” üzrə 200 əcnəbi vətəndaş təhsil almaq hüququ qazanıb

Tarix: 05-03-2026 20:14     Baxış: 354 A- / A+
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” üzrə 200 əcnəbi vətəndaş təhsil almaq hüququ qazanıb
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə ilk qəbul 2024–2025-ci tədris ilində həyata keçirilib. Proqram çərçivəsində hər il 100 əcnəbi vətəndaşa təhsil qrantı ayrılır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son iki tədris ilində sözügedən Proqram çərçivəsində ümumilikdə 200 əcnəbi vətəndaş Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Prezident İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilib və xarici ölkə vətəndaşlarının Azərbaycanda ali təhsil almasını hədəfləyən dövlət proqramıdır.
Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.
Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar