Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu vəzifəyə Vədiyə Ələkbərzadə təyin olundu

Tarix: 03-03-2026 21:30     Baxış: 357 A- / A+
20 ildən artıqdır Azərbaycanın özəl səhiyyə sektorunda fəaliyyət göstərən aparıcı qurumlardan biri olan "SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib.

Şəbəkənin idarəçi direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.

O, Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili almış, həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini fərqlənmə ilə başa vurmuş, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə ilə bitirmişdir. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələrin müəllifidir və bu istiqamət üzrə doktorantura təhsili alır.

Vədiyə Ələkbərzadə indiyədək dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışmış, hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübə qazanmışdır. O, eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir və bu çərçivədə səhiyyə xidmətlərinin hüquqi təhlükəsizliyinin təmin edilməsi, pasiyent və həkim hüquqlarının qorunması, habelə tibbi praktikada etik standartların tətbiqi istiqamətində təşəbbüslər həyata keçirir. Bununla yanaşı, BakıDövlət Universitetinin Hüquq fakültəsinin İnsan Hüquqları və İnformasiya hüququ UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları üzrə mühazirələr aparır.

Qeyd edək ki, bu təyinata qədər o, "SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsində direktor müavini vəzifəsində çalışmış, institusional idarəetmənin gücləndirilməsi, nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də proseslərin sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətində bir sıra layihələrə rəhbərlik etmişdir. Yeni təyinat şəbəkənin dayanıqlı inkişaf strategiyasının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin artırılması və kadr siyasətinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. news24.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar